Ana Sayfa > Karusel / Gündəm > Ermənistan XİN: “Türkiyə ilə heç bir danışıqlar aparılmır”
Ermənistan XİN: “Türkiyə ilə heç bir danışıqlar aparılmır”13-09-2021, 14:22. Yazar: Admin |
“Hazırda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün heç bir danışıqlar aparılmır”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-i “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.
“Erməni və türk diplomatların kontaktı yalnız beynəlxalq gündəliyin bəzi məsələlərinin müzakirəsi ilə məhdudlaşır”,- deyə Nazirlik əlavə edib.
Xatırladaq ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası barədə müzakirələr aktivləşib. Geri dön |