Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib


13-09-2021, 13:56. Yazar: Admin

 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

 


Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.


Geri dön