Ana Sayfa > Karusel / Sosial > Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb


13-09-2021, 13:07. Yazar: Admin

Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə pensiya və ya müavinətlər təyin olunub.

Bu ilin 8 ayında həmçinin əlilliyi olan 8,5 min şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib.


Geri dön