Ana Sayfa > Karusel / Kriminal > Prokurorluq Ağstafada baş verən qətllə bağlı məlumat yayıb
Prokurorluq Ağstafada baş verən qətllə bağlı məlumat yayıb13-09-2021, 10:51. Yazar: Admin |
Sentyabrın 12-si saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri –Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumatına görə, aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən ediib. Geri dön |