Ana Sayfa > Karusel / Gündəm > “COVID pasportu olanlar da yoluxdura bilər” - Deputat yoxlamaları mənasız sayır
“COVID pasportu olanlar da yoluxdura bilər” - Deputat yoxlamaları mənasız sayır13-09-2021, 10:24. Yazar: Admin |
“Böyük Britaniya izdihamlı yerlərin girişində COVID pasport yoxlamaları tətbiq etmək planlarından imtina edib. Səhiyyə naziri Sacid Cavid bunu belə izah edib: "Nəyisə sadəcə etmək xatirinə etmək lazım deyil". Danimarkada isə bütün karantin məhdudiyyətləri ləğv olunub”. Deputatın sözlərinə görə, 2020-ci ilin əvvəlində dünyada tətbiq olunmağa başlayan karantin tədbirlərinin aydın bir məqsədi vardı - səhiyyə sisteminə olan təzyiqi azaltmaq və onun çökmə təhlükəsinin qarşısını almaq. Böyük Britaniya və Danimarka kimi ölkələr bu yolla gedərək, hazırda vətəndaşları əsassız məhdudiyyətlərə məruz qoymamaq, COVID virusuna yoluxmalar şəraitində yaşamaq üçün hazırdırlar. Azərbaycanda da pandemiya ilə mübarizə sahəsində çox işlər görülüb. Son bir il yarım ərzində dövlət xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Bunlar təqdirəlayiqdir! Amma indiki mərhələdə bir sual yaranır:
Geri dön |