Ana Sayfa > Karusel / Dünya > General-leytenant Hikmət Mirzəyev: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə qardaş ölkələr kimi düşüb

General-leytenant Hikmət Mirzəyev: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə qardaş ölkələr kimi düşüb


12-09-2021, 19:51. Yazar: Admin

General-leytenant Hikmət Mirzəyev: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə qardaş ölkələr kimi düşüb"

"Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır."
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev deyib.
General-leytenant bildirib ki, buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar:
" Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir".
General-leytenant H.Mirzəyev çıxışının davamında "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.


Geri dön