Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan ordusunun baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyədə rəsmi səfərdədir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.
Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan ordusunun baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.
Səfər sentyabrın 14-dək davam edəcək.