Bundan əvvəl Nyu-York şəhərində 11 sentyabr terror hücumlarında həlak olanların xatirəsini yad etmək üçün anım mərasimi keçirilib. ABŞ Prezidenti Co Bayden və xanımı Cill, sabiq prezident Barak Obama mərasimdə iştirak edib.
Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində 2977 nəfər ölüb, 6300-ə yaxın insan isə yaralanıb.
Nyu-York şəhərində 11 sentyabr terror hücumlarında həlak olanların xatirəsini yad etmək üçün anım mərasimi keçirilir. Xarici KİV-lərin yaydığı xəbərlərdə deyilir ki, əsas matəm tədbirlərinin keçirildiyi Manhattan bölgəsinin cənubundakı abidə yaxınlığında geniş təhlükəsizlik tədbirləri görülüb, əraziyə əlavə polis qüvvələri cəlb edilib.
Tədbirdə ölənlərin adları elan olunacaq.
ABŞ Prezidenti Cozef Bayden mərasimdə iştirak etsə də, nitq söyləməyəcək.