Ana Sayfa > Karusel / Dünya > Çində koronavirusun yeni yayılma ocağı aşkarlanıb
Çində koronavirusun yeni yayılma ocağı aşkarlanıb12-09-2021, 12:30. Yazar: Admin |
Çinin şərqindəki Fuzyan əyalətində COVID-19-un yeni yoluxma episentri aşkarlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin saytında bildirilib. Belə ki, Putyan şəhərində virusa bir gündə 19, Syuançjouda 1 yoluxma aşkarlanıb. Ölkədə bir sutkada ümumilikdə 46 yeni yoluxma aşkar edilib, onların yarıdan çoxu xaricdən gələnlərdə qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri dön |