Ana Sayfa > Karusel / İqtisadiyyat / Qarabağ > Elşad Nuriyev: “Ağdam Sənaye Parkında güzəştlərin olması gözlənilir”
Elşad Nuriyev: “Ağdam Sənaye Parkında güzəştlərin olması gözlənilir”11-09-2021, 17:06. Yazar: Admin |
“Ağdam Sənaye Parkı qısa müddətdə böyük işlərə imza atacaq”. Bunu jurnalistlərə açıqlamasında "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev deyib. O bildirib ki, Bakı-Şuşa, Ağdam-Ağcabədi avtomobil yolu və dəmir yol xətti sənaye parkının yaxınlığından keçir: “Bu gün təqdimatda da qeyd etdiyimiz kimi, Ağdam Sənaye Parkının ikimərhələli inkişafı nəzərdə tutulub. Birinci mərhələdə 76 hektar ərazinin, ikinci mərhələdə isə qalan ərazilərin inkişaf etdirilməsi nəzərdə tutulub”. E.Nuriyev parkın strateji baxımdan çox önəmli yerdə yerləşirdiyini vurğulayıb: “Park həm şəhərə, həm də magistral və dəmir yol xəttinə yaxındır. Eyni zamanda Ağdamda tikiləcək dəmir yol stansiyasına da yaxındır. Əsas odur ki, burdakı parkda digər parklardan fərqli olaraq güzəştlərin olması gözlənilir. Bu hazırda layihə şəklindədir. Ancaq burada digər sənaye parklarından fərqli olaraq uzunmüddətli vergi güzəştlərinin verilməsi, gömrükdə idxal olunan xammalların gömrük rüsumlarından azad olması kimi məsələlər nəzərdə tutulur. O cümlədən digər ödənişlərin vergidən azad olması müzakirə predmetidir”.(Apa) Geri dön |