Ana Sayfa > Karusel / Qarabağ > Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb


11-09-2021, 15:58. Yazar: Admin

 

Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.


Geri dön