Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn məlumat verib.
Onun açıqlamasına görə, həmin ABŞ vətəndaşlarından 19-u Qətər Hava Yollarına aid çarter reysi ilə Əfqanıstanı tərk edib, daha ikisi quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə köçüb. Horn, həmçinin ABŞ-da yaşamaq icazəsi alan 11 nəfərin də iki amerikalı ilə birlikdə Əfqanıstanı tərk etdiyini deyib.