Ana Sayfa > Karusel / Gündəm > Dərman vasitələrinin ekspertizası qiymətlərini Tarif Şurası müəyyən edəcək
Dərman vasitələrinin ekspertizası qiymətlərini Tarif Şurası müəyyən edəcək10-09-2021, 22:17. Yazar: Admin |
Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib. Qarabaginfo.az xəbər verir ki, müvafiq qərarı Əli Əsədov imzalayıb. Qərara əsasən “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilib: Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli publik hüquqi şəxsə çevrilib. Eyni zamanda dərman vasitələrinin ekspertizası “Dərman vasitələri haqqında” Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək. Geri dön |