Ana Sayfa > Karusel / Gündəm / İnfrastruktur > Nazir: "Zəngəzur dəhlizi regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək

Nazir: "Zəngəzur dəhlizi regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək


10-09-2021, 16:25. Yazar: Admin

 

Mikayıl Cabbarov | Report.az

Zəngəzur dəhlizinin reallaşması regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

Qarabaqinfo.az xəbər verir ki, bunu işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpası və inkişafına həsr olunmuş Türkdilli dövlətlərin biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib

Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasında maneələrin aradan qaldırılması ilə region ölkələrinin faydalana biləcəyi yeni avtomobil və dəmiryol şəbəkələrinin formalaşdırılması imkanı yaranıb.

"Hazırda Zəngəzur dəhlizinin reallaşması istiqamətində fəal işlər aparılır. Bu potensialın reallaşması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək", - deyə nazir əlavə edib. Apa


Geri dön