Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında sentyabrın 8-də faciəli şəkildə həlak olmuş Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.
Nazir mərasimdə iştirak edən Y.Ziniçevin ailə üzvlərinə, yaxınlarına və Rusiya Fövqəladə Hallar Nazirliyinin kollektivinə başsağlığı verib.