Ana Sayfa > Karusel / Multimedia > Allahşükür Paşazadə İtaliyaya gedir
Allahşükür Paşazadə İtaliyaya gedir10-09-2021, 14:40. Yazar: Admin |
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İtaliya Republikasının G20-də sədrliyi çərçivəsində həmin ölkənin milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən sentyabrın 11-də İtaliyaya yola düşəcək. QMİ-dən Qarabaqinfo.az-a verilən məlumata görə, səfərdə məqsəd 12-14 sentyabr tarixlərində Bolonya şəhərində keçiriləcək “G20 8-ci Dinlərarası Forum”da iştirak etməkdir. Qeyd olunub ki, “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı altında keçiriləcək Forumda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, dini liderlərinin, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirlərinin, beynəlxalq təşkilat rəhbərlərinin, görkəmli alim və ictimai xadimlərinin iştirakı planlaşdırılır. 8-ci Dinlərarsı Forumda COVID-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, irqçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə və s. bu kimi müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə ediləcək. Forumda Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Şeyxülislam Allahşükür Paşazadənin məruzə ilə çıxışı nəzərdə tutulub. Apa Geri dön |