Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 580,5 mln. manat xərclənib.
Qarabaqinfo.az-n Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,4% artıb.
Cari ilin təkcə avqust ayında sözügedən göstərici 75,1 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 5% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. APA