Ana Sayfa > Karusel / Region > Ermənilər TƏŞVİŞDƏ: Rusiya “Dağlıq Qarabağ Respublikası”nı “Azərbaycan Respublikası” ifadəsinə dəyişdi

Ermənilər TƏŞVİŞDƏ: Rusiya “Dağlıq Qarabağ Respublikası”nı “Azərbaycan Respublikası” ifadəsinə dəyişdi


10-09-2021, 12:42. Yazar: Admin
Ermənilər TƏŞVİŞDƏ: Rusiya “Dağlıq Qarabağ Respublikası”nı “Azərbaycan Respublikası” ifadəsinə dəyişdi

Qarabağda separatçı-terrorçuların ətrafında çəmbər daralır. Xüsusilə Laçın dağlarındakı təlimlərTürkiyənin işğaldan azad olunmuş ərazilərə gəlişi ruslara da, ermənilərə də siqnal oldu.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O bildirib ki, separatçı-terrorçu rejimin qondarma “müdafiə naziri” Mikael Arzumanyanın istefa ərizəsini qondarma “rəhbəri” Araik Arutyunyana təqdim etməsi təsadüfi deyil: “Mikael qanunsuz erməni hərbi birləşmələrin bölgədən çıxarılması zamanı “nazir” kimi qalmaq və qovulmuş “general” olmaq istəmir. Araik Arutyunyan isə Mikaelin ərizəsini qəbul etməkdən imtina edib, lakin onun qaçacağı istisna deyil. Separatçılar ruslara da etibar edə bilmirlər. Rusiya hökumətinin ticarət sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında məlum “Dağlıq Qarabağ Respublikası” ifadəsinin Bakının etirazından sonra silinməsi və “Azərbaycan Respublikası” olaraq qeyd olunması ermənilərin narahatlığını artırıb”.

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Asif Nərimanlı əlavə edib ki, Rusiya bu cür “texniki səhvlərlə” Bakının etiraz həddini yoxlayır: “Həm mesaj verir, həm də istəklərini almaq üçün təzyiq aləti olaraq istifadə edir. Bu yanaşma separatçı-terrorçuların dəstəklənməsinə də aiddir və istəyini aldıqdan sonra onların təmizlənməsinə göz yumacaq. Görünür Mikael Arzumanyan proseslərin inkişaf istiqamətini indidən anladığı üçün getmək niyyətindədir”.

 


Geri dön