Ana Sayfa > Karusel / Cəmiyyət > “Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu

“Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu


5-09-2018, 13:13. Yazar: Admin

 

“Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu

 

“Qarabaginfo” xəbər verir kiBu gün “Azərenerji” ASC-nin yeni prezidenti  Balababa Rzayev kollektivə təqdim olunub. 

Qeyd edək ki, dünən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev vəzifəsindən azad olunub, Balababa Rzayev isə “Azərenerji” ASC-nin yeni sədri təyin edilib.

Xatırladaq ki, B. Rzayev  2006-2015-ci illərdə "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib.  2015-ci ildə isə "Azərişıq" ASC-nin Sədri vəzifəsinə təyin olunub. 

O, Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib. Daha sonra ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeninə layiq görülüb.


Geri dön