Ana Sayfa > Karusel / Gündəm > "Laçın dağlarındakı təlimlər ruslara da, ermənilərə də siqnal olub"
"Laçın dağlarındakı təlimlər ruslara da, ermənilərə də siqnal olub"10-09-2021, 10:08. Yazar: Admin |
“Qarabağda separatçı-terrorçuların ətrafında çəmbər daralır, xüsusilə Laçın dağlarındakı təlimlər – Türkiyə hərbçilərinin işğaldan azad olunmuş ərazilərə gəlişi ruslara da, ermənilərə də siqnal olub.
Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “müdafiə naziri” Mikael Arzumanyanın istefa ərizəsini qondarma “rəhbəri” Araik Arutyunayana təqdim etməsi təsadüfi deyil”.
Qarabaginfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Mikael Arzumanyan qanunsuz erməni hərbi birləşmələrin bölgədən çıxarılması zamanı “nazir” kimi qalmaq və qovulmuş “general” olmaq istəmir.
“Araik Mikaelin ərizəsini qəbul etməkdən imtina edib, lakin onun qaçacağı istisna deyil”.
Ekspert deyir ki, separatçılar ruslara da etibar edə bilmirlər:
“Rusiya hökumətinin ticarət sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında məlum “Dağlıq Qarabağ Respublikası” ifadəsinin Bakının etirazından sonra silinməsi və “Azərbaycan Respublikası” olaraq qeyd olunması ermənilərin narahatlığını artırıb.
Rusiya bu cür “texniki səhvlərlə” Bakının etiraz həddini yoxlayır: həm mesaj verir, həm də istəklərini almaq üçün təzyiq aləti olaraq istifadə edir. Bu yanaşma separatçı-terrorçuların dəstəklənməsinə də aiddir və istəyini aldıqdan sonra onların təmizlənməsinə göz yumacaq.
Görünür, Mikael Arzumanyan proseslərin inkişaf istiqamətini indidən anladığı üçün getmək niyyətindədir”. Geri dön |