Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə itkin düşən azərbaycanlı tələbə ölü tapıldı

Türkiyədə itkin düşən azərbaycanlı tələbə ölü tapıldı


10-09-2021, 10:05. Yazar: Admin

Türkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.

 

Qarabaginfo.az-ın məlumatına görə, 2 il öncə Azərbaycandan Türkiyəyə köçən Azərbaycan vətəndaşı Ümid Can İzmir şəhərində Buca Atatürk Liseyinin 2-ci kurs tələbəsi olub.

 

2005-ci il təvəllüdlü yeniyetmə sentyabrın 3-də restoranda nahar etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

 

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ümid Can sentyabrın 9-da səhər saatlarında Kızıltəpə yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb.

 

Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.


Geri dön