Ana Sayfa > Karusel / Siyasət > Bayden ABŞ-da fövqəladə vəziyyət rejimini daha bir il uzadıb
Bayden ABŞ-da fövqəladə vəziyyət rejimini daha bir il uzadıb10-09-2021, 00:23. Yazar: Admin |
Cozef Bayden
ABŞ Prezidenti Cozef Bayden 11 sentyabr 2001-ci il terror aktlarından sonra ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini daha bir il uzadıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qərargah rəisinin ABŞ Konqresinə göndərdiyi bildirişdə vurğulanır ki, terror təhlükəsi davam etdiyi üçün 14 sentyabr 2001-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejimi uzadılır. Bundan əvvəl Bayden Ədliyyə Nazirliyinə 2001-ci ilin 11 sentyabr terror aktının araşdırılmasına aid olan sənədlərin məxfilikdən çıxarılmasını tapşırmışdı. Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300-ə yaxın insan isə yaralanıb. Geri dön |