Ana Sayfa > Karusel / Dünya > Əfqanıstan və Myanmanın BMT-dəki daimi nümayəndəsi ilə bağlı qərar oktyabr-noyabr aylarında verilə bilər
Əfqanıstan və Myanmanın BMT-dəki daimi nümayəndəsi ilə bağlı qərar oktyabr-noyabr aylarında verilə bilər9-09-2021, 22:30. Yazar: Admin |
“Əfqanıstan və Myanmanın BMT-dəki daimi nümayəndələri ilə bağlı qərar oktyabr-noyabr aylarında Akkreditasiya Komitəsi tərəfindən verilə bilər”. Qarabaginfo.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır mətbuat konfransında bildirib. Bozkır Əfqanıstanın daimi nümayəndəsi ətrafında xüsusilə çətin bir vəziyyətin yarandığını qeyd edib. Eyni zamanda bildirib ki, Myanmada isə hakimiyyətə gələn hərbçilər bu vəzifəyə namizədlərini irəli sürüblər. Bozkyr əlavə edib ki, BMT Əfqanıstanda faktiki olaraq hakimiyyəti idarə edən hökumətin məktubunu qəbul etmək məcburiyyətində qalacaq: "Bu və ya digər hökuməti bəyənib bəyənməməyimizə görə bunu nəzərdən keçirməkdən imtina edə bilmərik”. Qeyd edək ki, hazırda ölkəni tərk edən prezident Əşrəf Qəninin hökuməti tərəfindən təyin olunan Qulam İsxakzai Əfqanıstanın BMT-dəki nümayəndəsi olaraq qalır. “Taliban” hələ də BMT-yə nümayəndəsinin namizədliyi ilə bağlı məktub göndərməyib. Vəziyyət Myanmada da eynidir. Ölkənin daimi nümayəndəsi, hökumət tərəfindən təyin edilən Çjo Mo Tun bu ilin fevral ayında hakimiyyətə gələn hərbçilər tərəfindən vəzifədən alınıb. Geri dön |