Ana Sayfa > Karusel / Gündəm > Ermənistan hökuməti Kərki kəndini ərazi klasterindən ÇIXARDI

Ermənistan hökuməti Kərki kəndini ərazi klasterindən ÇIXARDI


9-09-2021, 17:44. Yazar: Admin

Ermənistan hökuməti dünənki iclasında kənd icmalarının birləşdirilməsi proqramını qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın işğal altındakı Kərki kəndi təsdiqlənmiş ərazi klasterlərindən heç birinin tərkibinə daxil olunmayıb.

 

Kərkini əhatə edən kənd icmalarının hamısı Ararat vilayətinin eyniadlı klasterinə daxil olunub. Belə ki, Ararat şəhəri, Ararat, Yerasx, Avşar, Armaş, Zanqakatun, Lancar, Noyakert, Paruyr Sevak, Surevanav, Vardaşat və Urçalanc kəndləri vahid icmada birləşəcək.

 

Erməni mediası bu yaşayış məntəqələrinin əhatəsində yerləşən Kərki kəndinin klasterə salınmamasını onun yaxın zamanlarda Azərbaycana qaytarılması ilə bağlı yayılan xəbərlərin təsdiqi kimi qəbul edir.


Geri dön