Ana Sayfa > Karusel / Gündəm > Rusiya sülhməramlıları ilə ermənilər arasında qanlı insident - YARALILAR VAR

Rusiya sülhməramlıları ilə ermənilər arasında qanlı insident - YARALILAR VAR


9-09-2021, 17:37. Yazar: Admin



Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında qanlı insident baş verib. Toqquşma nəticədə iki sülhməramlı yaralanıb. Bu barədə məlumat erməni sosial şəbəkə seqmentində yayılıb.

Qarabaginfo.az xəbər verir ki, sentyabrın 8-də sülhməramlılar Ağdərə istiqamətindəki erməni silahlı dəstələrinə məxsus mövqelərdən birini yığışdırmağı tələb ediblər. Bu mövqedə dayanan 7-ci dağatıcı alayın keçmiş komandiri polkovnik Karen Calavyana tabe olan erməni silahlıları sülhməramlıların bu hərəkətinə etiraz edib və nəticədə qarşıdurma yaranıb. Buna baxmayaraq sülhməramlıların israrlı tələbi və onların sayca daha çox olmaları sayəsində postun ləğv olunmasına nail olunub.

Qarşıdurmadan sonra sülhməramlılar ərazini nəzarətə götürməyə cəhd ediblər. Lakin əraziyə nabələd olan sülhməramlılar ermənilər tərəfindən qəsdən xəbərdar edilməyib və onların əvvəlcədən basdırdıqları piyada əleyhinə minaya düşüblər. Nəticədə iki sülhməramlı ağır yaralanıb. (Hurriyyet.az)

 


Geri dön