Ana Sayfa > Karusel / İdman > Qılıncoynatma Avropa Oyunlarının proqramına qayıdıb

Qılıncoynatma Avropa Oyunlarının proqramına qayıdıb


9-09-2021, 16:29. Yazar: Admin

Qılıncoynatma Avropa Oyunlarının proqramına qayıdıb

Qılıncoynatma yenidən Avropa Oyunlarının proqramına daxil edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək sayca 3-cü yarışda bu idman növü üzrə də mübarizə gedəcək.

Qeyd edək ki, qılıncoynatma 2015-ci ildə Bakıda təşkil olunan ilk Avropa Oyunlarının proqramında yer alsa da, 2019-cu ildə Belarusun paytaxtı Minskdəki yarışın proqramından çıxarılıb.


Geri dön