Ana Sayfa > Karusel / Cəmiyyət > Bu məhsulların ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsini qadağan edildi
Bu məhsulların ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsini qadağan edildi4-09-2018, 12:39. Yazar: Admin |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub. "Qarabaginfo" xəbər verir ki, bu barədə "Mia.az"a AQTA-dan məlumat verilib. Qeyd olunan məhsulların siyahısı ilə aşağıdakı cədvəllə tanış olmaq mümkündür. İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir. Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək. Qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Geri dön |