Ana Sayfa > Karusel / Gündəm > Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdı

Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdı


9-09-2021, 12:42. Yazar: Admin

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Qarabaginfo.az xəbər verir ki,  bu barədə Publika.az-a müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib. O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:

“Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.


Geri dön