Ermənistanda Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın müharibə günlərində Qarabağda Rusiyanı düşmən adlandırmasına dair şayiələr yayılıb.
"Qarabaginfo" Ordu.az-a istinadən xəbər verir ki, Ermənistan mediasında bununla bağlı şərhlər yer alıb.
Qondarma qurumun “nümayəndəsi” Metakse Hakobyan təsdiq edib ki, Anna Hakobyan Rusiyanın Ermənistanın düşməni olduğunu deyib: “Paşinyanın həyat yoldaşı müharibə günlərində Qarabağda deyib ki, Rusiya bizim düşmənimizdir”.