Ana Sayfa > Karusel / Dünya > Pele səhhəti barədə açıqlama verib

Pele səhhəti barədə açıqlama verib


9-09-2021, 10:29. Yazar: Admin

Pele səhhəti barədə açıqlama verib

Əfsanəvi braziliyalı futbolçu Pele əməliyyatdan sonra ilk dəfə səhhəti barədə danışıb.

 

Qarabaginfo.az xəbər verir ki, 80 yaşlı futbol “kralı” vəziyyətinin yaxşılığa doğru getdiyini bildirib.

 

O, instaqram səhifəsindəki paylaşımı zamanı oğlunu xərçəng xəstəliyindən itirən braziliyalı müğənni Roberto Karlosa da başsağlığı verib: “Mən yaxşıyam, artıq sağalıram. Ancaq indi bütün sevgimi və dualarımı dostum Roberto Karlosa çatdırmaq istəyirəm. Tanrıdan ürəyinizə təsəlli verməsini diləyirəm”.

 

Qeyd edək ki, Pele sentyabrın 6-da yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olunub.(Apa)


Geri dön