Ana Sayfa > Karusel / Region > Moskvada yaşayış binasındakı partlayışda ölənlərin sayı artdı

Moskvada yaşayış binasındakı partlayışda ölənlərin sayı artdı


9-09-2021, 08:01. Yazar: Admin

Moskvada yaşayış binasındakı partlayışda ölənlərin sayı artdı

Rusiyanın Moksva vilayətinin Noqinsk şəhərində yaşayış binasında baş vermiş qaz partlayışı nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinə istinadən bildirib.

“Dağıntılar altında beşinci mərhumun cəsədi tapılıb”, - agentliyin həmsöhbəti deyib.

Fövqəladə xidmətlərdə uşaq cəsədinin tapıldığını, iki nəfərin taleyinin bilinmədiyini bildiriblər.

Axtarış və xilasetmə əməliyyatı davam edir. Son məlumatlara görə, hadisə nəticəsində 15 nəfər, o cümlədən iki uşaq xəsarət alıb. Altı yaralı xəstəxanaya yerləşdirilib.


Geri dön