Ana Sayfa > Karusel / Region > “Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil” – AÇIQLAMA

“Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil” – AÇIQLAMA


8-09-2021, 22:18. Yazar: Admin
“Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil” – AÇIQLAMAprint sharing button

“Ermənistan tərəfi vəziyyətin nə yerdə olduğunu və başqa alternativlərin mövcudluğunu öyrənmək üçün bir neçə dəfə həmlələr etdi. Amma anladı ki, seçim qalmayıb, münasibətləri bərpa etməkdən başqa yol yoxdur. Baş Nazir Nikol Paşinyan Türkiyə ilə münasibətləri nizamlamağın mümkün olduğunu deyir. Türkiyə tərəfi də buna müsbət cavab verir”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında siyasi şərhçi Elman Vəliyev səsləndirib. O bildirib ki,  Azərbaycan-Türkiyə əlaqələri daha da güclənir. Laçın təlimi aşkar bir mesaj idi. Türkiyə demək istədi ki, artıq buradayıq: “Rusiya tərəfi də bölgədə öz seqmentini stabil saxlamağın getdikcə çətinləşdiyinin fərqindədir. ATƏT-in Minsk qrupunun bölgədə mövcud olmaq niyyəti, Türkiyənin daha da irəliləməsi, Rusiya sülhməramlılarının mandatının rəsmi Bakı tərəfindən ratifikasiya edilməməsi Kreml üçün narahatlıq yaradır. Paşinyan Azərbaycanla da münasibətləri qura biləcəyini dilə gətirdi. Delimitasiya və demarkasiya proseslərinin həll edilə biləcəyini dedi. Hesab edirəm ki, Paşinyan bu delimitasiyanın “Dağlıq Qarabağ” ətrafındakı rayonlar və Qazağın kəndləri ilə həll edilə biləcəyini nəzərdə tutur. “Dağlıq Qarabağ”ın statusu Ermənistan tərəfi üçün problem olaraq qalır. Yəni delimitasiya və demarkasiyada bu bölgəni nəzərdə tutmurlar.

Yüksəkliklər NƏZARƏTƏ GÖTÜRÜLÜB -

Politoloq əlavə edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan avqustun axırında Moskvada həmkarı Sergey Lavrov ilə görüşəndə “Artsax”ın müqəddəratı barədə mesaj Verdi: “Moskvada bunu dilə gətirmək mühüm məsələdir. Yəni Mirzoyan demək istədi ki, Rusiya da bilsin və bizə dəstək olsun. Ancaq Azərbaycan tərəfi öz mövqeyində qətiyyət göstərməlidir. Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil! Proqnaz etmək olar ki, Azərbaycan tərəfi də Ermənistanın danışıqlarda müsbət yanaşmasına qarşı müsbət cavab verəcək. Ermənistan tərəfi delimitasiyada özlərinin təkliflərini də irəli sürəcək (ancaq az bir hissəsi qəbul edilə bilər). Türkiyə ilə avtomobil və dəmiryol nəqliyyatı əlaqələri müzakirə ediləcək (bu barədə irəliləyişlər görmək olar). Münaqişə tərəfləri arasında irihəcimli müharibə gözləmək olmaz. Ancaq lazımlı zamanda güc amillərindən istifadə ediləcək. Moskvanın vasitəçiliyi ilə 3 tərəfli danışıqlar masası yenidən qurula bilər. Gürcüstan vasitəsilə də münaqişə tərəfləri arasında dialoqlar mümkündür. Proseslərin Azərbaycanın leyhinə gedəcəyini söyləyə bilərik”.(konkret.az)

 


Geri dön