Ana Sayfa > Karusel / Gündəm > Son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər
Son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər8-09-2021, 17:13. Yazar: Admin |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qarabaginfo.az xəbər verir ki, birgə məlumatda deyilir: Hazırda “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Bu gündən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır. Geri dön |