Ana Sayfa > Karusel / Gündəm / İdman > Hərbi çevrilişə görə Qvineyada qalan "Neftçi"nin futbolçusu Bakıya qayıdıb

Hərbi çevrilişə görə Qvineyada qalan "Neftçi"nin futbolçusu Bakıya qayıdıb


8-09-2021, 14:03. Yazar: Admin

 

Hərbi çevrilişə görə Qvineyada qalan "Neftçi"nin futbolçusu Bakıya qayıdıb

“Neftçi”nin futbolçusu Mamadu Kane Bakıya qayıdıb.

Bu badərə Qarabaginfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qvineyada hərbi çevriliş olduğu üçün ölkəsini tərk etməkdə çətinlik çəkən yarımmüdafiəçi, nəhayət, bu gün Vətənindən ayrılıb. Qvineyadan Parisə yollanan 24 yaşlı oyunçu oradan da Bakıya gəlib.

Qeyd edək ki, “Neftçi” Mamadu Kaneni Yunanıstan klubu “Olimpiakos”a satsa da, onu birillik icarəyə götürüb.


Geri dön