Ana Sayfa > Karusel / İqtisadiyyat > Avropada qazın qiyməti 660 dolları ötüb

Avropada qazın qiyməti 660 dolları ötüb


8-09-2021, 11:39. Yazar: Admin

Avropada qazın qiyməti 660 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 660 ABŞ dolları həddini ötüb.

Bu barədə Qarabaginfo.az ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 8 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt/saat üçün 54,6 avro təşkil edib (bir kubmetr üçün təqribən 662 dolar).

Qeyd olunur ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.(Apa)


Geri dön