Ana Sayfa > Karusel / Dünya > “Taliban” müvəqqəti hökumətin tərkibini elan etdi - SİYAHI
“Taliban” müvəqqəti hökumətin tərkibini elan etdi - SİYAHI7-09-2021, 19:33. Yazar: Admin |
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin müvəqqəti hökumətinin tərkibini elan edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə hərəkatın rəsmisi Zəbihullah Mücahid məlumat verib.
1996-2001-ci illərdə “Taliban” idarə şurasının sədri olan Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək. Hökumətin digər üzvləri aşağıdakılardır:
Baş nazirin müavini - Molla Abdul Qani Bəradər Xarici işlər naziri - Molla Əmir Muttaki Daxili işlər naziri - Siracuddin Haqqani Müdafiə naziri - Məhəmməd Yaqub Mücahid Mədəniyyət və informasiya naziri - Zəbihullah Mücahid Maliyyə naziri - Hidayətulla Bədir Kəşfiyyat naziri - Molla Əbdülhaq Vasik İqtisadiyyat naziri - Məhəmməd Hənif Mərkəzi Bankın rəhbəri - Məhəmməd İdris. Geri dön |