Ana Sayfa > Karusel / Təhsil > Ali məktəblərin auditoriyalarında tələbələrə say məhdudiyyəti qoyulacaq

Ali məktəblərin auditoriyalarında tələbələrə say məhdudiyyəti qoyulacaq


7-09-2021, 14:35. Yazar: Admin

Sentyabrın 15-də təhsil müəssisələrində tədris bərpa edilir-YENİLƏNİB - Yeni Zaman Mobil versiya

Ali təhsil müəssisələrində tələbələrin say ilə bağlı məhdudiyyət olacaq. Mühazirələrdə təxminən 50-60 tələbənin iştirakı mümkün olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik: "Bununla bağlı qaydalar hazırlanır. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt edəcəyimizi planlaşdırmırıq"


Geri dön