Ana Sayfa > Karusel / Gündəm > Küləkli hava ilə bağlı son xəbər: Nə qədər davam edəcək?

Küləkli hava ilə bağlı son xəbər: Nə qədər davam edəcək?


7-09-2021, 12:51. Yazar: Admin
Küləkli hava ilə bağlı son xəbər: Nə qədər davam edəcək?

 

Sentyabrın 07-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub. 

Bu baarədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a daxil olan xəbərdə bildirilir.

Düşən yağışın miqdarı: Lənkəranda 30.0 mm, Qubada 14.0 mm, Qusarda 13.0 mm, Astarada 12.0 mm, Lerikdə 6.0 mm, Balakən, Yardımlıda 3.0 mm, Göytəpədə 2.0 mm, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1.0 mm-dək olub. 

Külək: Şimal-qərb küləyi arabir Biləsuvar, Neftçalada 20 m/s, Şirvan, Şabran, Xaçmazda 16 m/s,  Bakıda və Abşeron yarımadasında: Maştağada 25 m/s, Pirallahı, Çilov adası, Neft Daşlarında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb. 

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 08-i gündüz saatlarınadək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında  Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var. 08-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi 08-i səhər saatlarından tədricən mülayimləşəcək.


Geri dön