Ana Sayfa > Karusel / Gündəm > BQXK Ağdərədə əsir götürülən hərbçimizə baş çəkdi  

BQXK Ağdərədə əsir götürülən hərbçimizə baş çəkdi  


7-09-2021, 11:59. Yazar: Admin

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevə baş çəkib.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib:

 

"Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin. Həmçinin görüş zamanı saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamaq üçün imkan yaradılıb".

 

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. Ermənistan mətbuatı Azərbaycan hərbçisinin əsir götürülmə anının videosunu yayıb.

 

Düşmən tərəfi bildirib ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıblar.

 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.


Geri dön