Ana Sayfa > Karusel / Region > Bakı və Moskvadan şok qərar: “Ermənistan geri çəkilir, çünki...”
Bakı və Moskvadan şok qərar: “Ermənistan geri çəkilir, çünki...”6-09-2021, 22:54. Yazar: Admin |
“Ermənistan Qarabağla bağlı proseslərdən çəkilir”.Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abramyan deyib. “Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Rusiya Qarabağdakı rus sülhməramlılarının mandatı ilə bağlı hüquqi mexanizmləri müzakirə edirlər. Hikmət Hacıyev qeyd edib ki, bu məsələ 10 noyabr bəyanatından irəli gəlir. Əgər Rusiya və Azərbaycan arasında belə bir müzakirə gedirsə, bu, Ermənistanın Qarabağla əlaqəli proseslərdən tədricən geri çəkilməsi deməkdir. Sadə dillə desək, hətta 10 noyabr tarixli sənəddə Qarabağla bağlı məsələlərin üçtərəfli formatda həll ediləcəyi güman edilirdi”, - Abramyan bildirib.(Teleqraf) Geri dön |