Ana Sayfa > Karusel / Kriminal > Ağdaşda kanaldan meyitləri tapılan yeniyetmələrin intihar etdiyi məlum olub

Ağdaşda kanaldan meyitləri tapılan yeniyetmələrin intihar etdiyi məlum olub


6-09-2021, 19:57. Yazar: Admin

 

Baş Prokurorluğun əlaqə vasitələri

Sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.


Geri dön