Ana Sayfa > Karusel / Təhsil > Minsk qrupunun rusiyalı həmsədri İrəvana gəlib

Minsk qrupunun rusiyalı həmsədri İrəvana gəlib


6-09-2021, 13:48. Yazar: Admin
Minsk qrupunun rusiyalı həmsədri İrəvana gəlib

 

ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından yeni həmsədri İqor Xovayev Ermənistana gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi mətbuat yayıb.

İqor Xovayev İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı digər təfərrüatlar barədə hələlik məlumat verməyib.

İqor Xovayev avqustun 31-də Azərbaycanda səfərdə olub və bu ölkənin xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.


Geri dön