Ana Sayfa > Karusel / Dünya > Qəddafinin oğlu Türkiyəyə gedib

Qəddafinin oğlu Türkiyəyə gedib


6-09-2021, 07:37. Yazar: Admin

Qəddafinin oğlu həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə gedib

 

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxdıqdan dərhal sonra təyyarə ilə Türkiyəyə uçub.

Qarabaginfo.az xəbər verir ki, Ədliyyə Nazirliyindəki mənbə “Agence France-Presse”ə bildirib ki, Saadi bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən həbsdən azad edilib.

Baş prokuror bütün lazımi şərtlər yerinə yetirildikdən sonra qərarın icrasını istəyib.

Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra ailəsi və yaxınlarının həbsinə qərar verilmişdi. 1973-cü il təvəllüdlü Saadi Nigerə qaçsa da, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.


Geri dön