Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın baş infeksionisti: “Mütəxəssislər “Mu” ştammına qarşı antitellərin zəif olacağından qorxurlar”
ABŞ-ın baş infeksionisti: “Mütəxəssislər “Mu” ştammına qarşı antitellərin zəif olacağından qorxurlar”5-09-2021, 23:12. Yazar: Admin |
Koronavirusun mutasiya etmiş “Mu” ştammının ABŞ-da nə dərərcəd yayılacağını yoxlayırıq. Hazırda bununla bağlı bilgimiz olmadığı üçün heç nə deyə bilmərik. Ancaq “Delta” ştammı ölkədə 99 %-dən çox üstünlük təşkil edir”. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci CBS telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, mütəxəssislər yeni koronavirusun "Mu" ştammı haqqında daha çox məlumat əldə etməyə çalışsalar da, ona qarşı antitellərin zəif olacağından qorxurlar. “Əslində nəticələrin nə olacağını bilmirik. Ancaq koronavirusun mutasiya etmiş bütün variantlarını ciddiyə alsaq, demək olar ki, hazırda heç bir təhlükə yoxdur”, deyə Entoni Fauci vurğulayıb. Baş infeksionist əlavə edib ki, ölkədə mövcud olan koronavirusa qarşı peyvəndlər COVID-in bütün variantlarına qarşı təsirli olduğuna əmindir. (Apa) Geri dön |