Ana Sayfa > Karusel / Region > Rusiya Ermənistana Hava Hücumundan Müdafiə sistemləri QURUR - ŞOK DETALLAR

Rusiya Ermənistana Hava Hücumundan Müdafiə sistemləri QURUR - ŞOK DETALLAR


5-09-2021, 11:17. Yazar: Admin

Rusiya Cənubi-Qafqaza uzanan caynaqlarını qoparmaq fikrində deyil.Elə bu səbəbdəndir ki, 44 günlük ikinci Qarabağ müharibəsində bölgədəki forpostu Ermənistanın tamamilə məhv olmasına göz yunmaqdı. Elə bu səbəbdəndir ki, Kremli Paşinyanı 10 noyabrda üçtərəfli sazişi imzalamağa məcbur etdi.Bu saziş Ermənistanı tamamilə yox olmaqdan xilas etsə də, Rusiya üçün Ermənistanda daha da möhkəmlənməyə rəvac verdi.Budur artıq Kremli ermənilər üçün yeni bir imkanlar açır.

Manset.az erməni telgram kanallarına istinad edərək xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri bu günlərdə Ermənistana gəliblər. Məlumata görə,ötən gün onları Ermənistanın müdafiə naziri Arşak Karapetyan qəbul edib. Rəsmi açıqlamaya görə, onlar Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində müntəzəm danışıqlarda və müzakirələrdə iştirak etmək üçün Ermənistandadırlar.
Erməni mediasının xəbərinə görə,bu yaxınlarda məlum olub ki, Rusiya və Ermənistan birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında saziş layihəsini müzakirə edirlər.
Qeyd eək ki, hələ 2016 -cı ildə Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında Qafqaz regionunda birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi bağlanıb və Ermənistan parlamenti bu sazişi ratifikasiya edib. Məlumata görə,indi rusiyalı mütəxəssislərin Ermənistana səfəri bu müqavilə ilə bağlıdır.
Məlumatda deyilir ki, hava hücumundan müdafiə sisteminin effektivliyi ilə bağlı müzakirələri ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən,sonunda Ermənistanın kaputuliyasiya aktına imza atması dövrünə təsadüf edir.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiyanın sərgilədiyi mövqeyə Ermənistan siyasətçiləri və əhalisi davamlı olaraq Ermənistanın sərhədlərinə təhdid olunduğunu əsas gətirərək Rusiya tərəfinin öhdəliklərinə əməl etməməkdə suçlayırdılar.
Erməni mənbələri qeyd edirlər ki, Ermənistanla Rusiya arasındakı müqaviləyə görə, İrəvana Rusiya Silahlı Qüvvələrinin hava və kosmik qüvvələrinin imkanlarından nüvə silahına qədər istifadə etməyə imkan verir.
Bununla da Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı Hərbi Hava Qüvvələrində mövcud olan bir peyk sistemi və idarəetmə sistemləri vardır ki.müqsviləyə görə,Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri Ermənistanın xeyrinə ölkə ərazisində bu peykdən və idarəetmə sistemindən istifadə etmə imkanı verir.
Müqavilədən də göründüyü kimi,Rusiya bu müqavilə ilə eyni zamnda Ermənistanın Hərbi hava Qüvvələrini,eyni zamanda Hava Hücumundan Müdafiə sistemini öz nəzarətinə götürmüş olur. Kremli sənətdə hər şeyin Ermənistan üzərində,amma icraatda isə Rusiyanın nəzarətində olan bir planlı müqaviləyə sahib olmuş olur.
Beləliklə də Rusiya bu müqavilə ilə Cənubi Qafqazda mövcudiyyətinin təməllərini Ermənistan vasitəsi ilə daha da bərkidmiş olur.(veteninfo.az)


Geri dön