Ana Sayfa > Karusel / Siyasət / Region > Putin Paşinyan-Ərdoğan görüşünü təşkil etməyə çalışır? Nələr gözlənilir

Putin Paşinyan-Ərdoğan görüşünü təşkil etməyə çalışır? Nələr gözlənilir


5-09-2021, 10:14. Yazar: Admin

Putin Ərdoğan və Paşinyanla danışıb • Open Government

Dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib: “Moskva gələcəkdə də İrəvan və Ankara arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. Biz İrəvan və Ankara arasında son zamanlarda baş vermiş müsbət siqnallar mübadiləsini qeydə aldıq, bunları görməyimiz və qəbul etməyimiz mənasında qeydə aldıq. İndi də iki qonşu dövlətin qarşılıqlı hörmət və bir-birlərinin maraqlarını nəzərə almaq prinsiplərinə əsaslanan yaxınlaşma prosesinə hər cür töhfə verməyə hazırıq”.

 

Manset.az xəbər verir ki, Zaxarova Moskvanın hər zaman Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını dəstəkləmək mövqeyindən çıxış etdiyini xatırladıb, 2009-cu ildə Moskvanın ilkin şərt olmadan Ermənistan-Türkiyə barışıq prosesini effektiv şəkildə dəstəklədiyini və Sürix Protokollarının imzalanmasında müsbət rol oynadığını sübut gətirib.

Lakin o, Azərbaycanlı jurnlalistin sualına cavab verərkən bu münasibətlərin normallaşdırılmasının Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə əlaqəli olub-olmadığına aydın şəkildə cavab verməyib, sadəcə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilələrin regionda sülhə, sabitliyə və firavanlığa töhfə verəcəyini qeyd edib.

Bundan əlavə, Zaxarova, Moskvanın Türkiyənin təşəbbüs göstərdiyi altı ölkə platformasını dəstəklədiyini vurğuladı. Söhbət bölgənin altı ölkəsi olan Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Türkiyə və Rusiya arasında mümkün əməkdaşlıqdan gedir. Zaxarova Minsk qrupu həmsədrlərinin fəaliyyətindən də bəhs edib və qeyd edib ki, Moskva həmsədrlərin fəaliyyətinin son vaxtlar intensivləşməsini alqışlayır.

Qeyd edək ki, son günlərdə rəsmi İrəvan və Ankara münasibətlərin normallaşdırılması ehtimalı ilə bağlı uzun dialoqa başlayıb. Regional sülh məsələsinə toxunan Nikol Paşinyan 27 avqustda keçirilən hökumət iclasında Türkiyədən bəzi müsbət ictimai siqnalların olduğunu və rəsmi İrəvanın bu siqnallara cavab verəcəyini bildirib. Müsbət siqnallar yəqin ki, Türkiyə Prezidentinin daha əvvəl söylədiyi ifadələr idi, əgər Ermənistan bölgədə sülhün bərqərar olması üçün müsbət addımlar atarsa, Türkiyə buna adekvat cavab verəcək. Bundan iki gün sonra, keçən bazar günü Türkiyə Prezidenti yenidən Ermənistan-Türkiyə münasibətlərinin mümkün normallaşdırılmasına işarə edərək Ankaranın yaxşı qonşuluq və bir-birinin ərazi bütövlüyünün tanınması əsasında İrəvanla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. İndi Moskva İrəvandan və Ankaradan gələn rəsmi siqnalları açıq şəkildə alqışladı və bölgədə sabitliyin bərqərar olması üçün Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiyasına ən qısa zamanda başlamağı təklif etdi.

Bir tərəfdən, Ermənistan hakimiyyəti Ankara ilə münasibətlərdə yeni bir səhifə açmağın mümkünlüyündən danışır, digər tərəfdən ötən gün təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının müzakirə oluna biləcəyini deyir. Rusiya da dərhal cavab verir ki, burada da vasitəçi olmağa hazırdır. Həmçinin sanki Ankara ayrı şəkildə Paşinyana şərtləri diktə etməyə üstünlük verir. Putin isə rus himayəsi altında Paşinyan-Ərdoğan görüşünü təşkil etmək niyyətindədir...

(ordu.az)


Geri dön