Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidə su böhranı: “Problemin yeganə həll yolu Qarabağı geri qaytarmaqdır” - Qriqoryan

Xankəndidə su böhranı: “Problemin yeganə həll yolu Qarabağı geri qaytarmaqdır” - Qriqoryan


4-09-2021, 21:15. Yazar: Admin
Xankəndidə su böhranı: “Problemin yeganə həll yolu Qarabağı geri qaytarmaqdır” - Qriqoryan

 

“Xankəndinin 25-30 faizi susuz qalıb.  Avtomobillə gecəyə qədər su daşıyırlar”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli şirkətlərdən birinin rəhbəri Gaqik Poqosyan bildirib.

O su ehtiyatlarının olmamasını iki faktorla əlaqələndirib. Guya su istifadəçilərinin sayının artması və yağıntıların olmaması əsəs səbəblərdir.

Ancaq İrəvan Dövlət Universitetinin Coğrafiya və Geologiya fakültəsinin dekanı Marat Qriqoryan başqa fikirdədir. Onun sözlərinə görə, son illərdə Qarabağda su problemi olmayıb. Yalnız Qarabağ həqiqi sahiblərinin ( Azərbaycanın) nəzarətinə keçdikdən sonra ciddi su problemi yaranıb.  Əsasən həm suvarma, həm də içmək üçün istifadə olunan çayların hamısı indi Azərbaycanın nəzarətindədir.

Qriqoryan əlavə edib ki, suyun olmaması cidi iqtisadi problemlər yaradıb: “Azərbaycan tərəfi əsas çay mənbələrini nəzarətdə saxlayır.  Bu problemin yeganə həll yolu Qarabağı geri qaytarmaqdır” – deyə Qriqoryan vurğulayıb.(Konkret.az)


Geri dön