Ana Sayfa > Karusel / Siyasət > Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır

Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır


4-09-2021, 20:22. Yazar: Admin

 

Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160 B ünvanındakı binanın həyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.

Bu barədə Qarabaginfo.az-a siyasi partiyalardan məlumat daxil olub.

Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.

Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq sahəsi salınır, təmizlik işləri aparılır.


Geri dön