Ana Sayfa > Karusel / Hadisə > Bakıda ev yanıb, 2 nəfər xəsarət alıb

Bakıda ev yanıb, 2 nəfər xəsarət alıb


3-09-2021, 22:26. Yazar: Admin

Bakıda ev yanıb, 2 nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli evdə kağız və parça tullantıları 1 m² sahədə, evin çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı qismən və hasara quraşdırılan 1 ədəd qaz sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön