Ana Sayfa > Karusel / Qarabağ > Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib

Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib


3-09-2021, 14:24. Yazar: Admin

Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib

 

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, o, C.Babayevin saxlanma şəraiti ilə tanış olub.

R.Muradov onun ailə üzvləri ilə əlaqə yaratması üçün şərait yaradılacağını bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.

Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.(Apa)


Geri dön